Obsessiv-kompulsiv sindromu

Obsessiv-kompulsiv sindromuTəsəvvür edin ki, günəşli bir gündə meşədə gəzirsiniz. Meşə zolaq şəkillidir və zolaqların arasında tarlalar, körpülü çay var. Hava əladır, təbiətin rənglərindən zövq alırsınız və dincəlirsiniz. Birdən bir şam ağacı diqqətinizi çəkir. Sonra ikincisini, daha sonra üçüncüsünü görürsünüz. Hər şey gözünüzün qabağında itir və sadəcə ağacları saymağa başlayırsınız. Onlar səliqəsiz, orda-burda bitiblər. Təngnəfəs olursunuz, gözləriniz və bütün bədəniniz gərilir, başınız ağrımağa başlayır. Və budur meşə qurtardı və tarla başladı. Siz isə yalnız 97 şam ağacı saya bilmisiniz. Yüzə cəmi 3 ağac qalmışdı. Hər şey korlanır. Və budur, siz obsessiv-kompulsiv bataqlıqdasınız.

Gəzinti məhv oldu. Evə qayıtdıqdan sonra ən kiçik şeylərə görə ailə üzvlərinizlə dalaşırsınız. Onlar evdən çıxanda əhvalınız yaxşı olduğu üçün təəccüblənirlər. Bəs nə baş verib? Axı siz onlara izah edə bilmirsiniz ki, yüz ağac saymanız üçün cəmi üçü çatışmadı.

Əgər belə epizodlar tək-tük hallarda baş verirsə qorxulu heç nə yoxdur: bu, sizin şəxsiyyət tipinizin neqativ çalarlarıdır. Amma əgər onlar tez-tez təkrar olunursa və sizin və yaxınlarınızın həyatına mane olursa deməli siz obsessiv-kompulsiv sindromdan əziyyət çəkirsiniz və müalicə olunmalısınız.


Ardı →

Şəxsiyyət pozğunluqları (Psixiatriya)

Aşağıdakıları oxuduqca belə pozğunluğu olan insanların heç də az rast gəlinmədiyinin şahidi olacaqsınız. Qonşuluqda, iş yerinizdə və ya kino-seriallarda belə “tip” adamları ayırd edəcəksiniz. Özümüzü tanıyıb, şəxsiyyətin hüdudlarını bilmək vacibdir.


 


Paranoid


Narahat, şübhəci, öz günahını başqasının üstünə yıxan. Ətrafındakı insanlara qarşı nifrət, rəhmsiz davranırlar, çünki onların vəfasız, sədaqətsiz, yalançı olduğunu düşünürlər. Başqalarına qarşı soyuq və ifrat ciddi görünürlər.



Ardı →

Stresə qalib gəlməyin yolları

İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji cəhətdən gərginlik yaşayır və stres keçırır. Bəzən stres xroniki hal alır və belə hallar yaşayan insanlar alkoqol və siqaret və s. kimi pis vərdişlərə olan təlabatlarını daha da artırırlar. Stresi xroniki hall alan xəstələrin daha çox daxili psixoloji problemləri olur ki, bəzən bu problemin nə olduğunu özləri də dərk etməkdə çətinlik çəkirlər. Belə hallarda psixoloqa müraciət etmək məsləhətdi.


Bəs stresə qalib gəlmək üçün hansı üsullardan istifadə etmək olar?  Bunun üçün müxtəlif üsullar mövcuddur.


Ardı →